Voleybolçularımız beynəlxalq turnirə qələbə ilə başlayıblar

Voleybolçularımız beynəlxalq turnirə qələbə ilə başlayıblar

Argentinada çimərlik voleybolu üzrə dünya turu çərçivəsində "Parana Open" beynəlxalq turniri keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan idmançıları turnirə qələbə ilə başlayıblar.

Voleybolçularımız - Leonid Qriçay - Bernardo Romano cütlüyü italiyalı, Meilton Santos - Yaroslav Rudıx dueti isə çinli rəqiblərinə qalib gəliblər.
Hər iki görüş voleybolçularımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə