"Bakılı" klubunun 5 üzvünün 25 oktyabr-04 noyabr 2014-cü il tarixlərində Azərbaycanın çimərlik futbolu üzrə milli yığma komandasının heyətində Dubay şəhərində təlim-məşq toplanışında iştirak etməsi səbəbindən təxirə salınmış "Bakılı" - "Şuşa" və "Mil Muğan" - "Bakılı" matçlarının keçirilmə tarixi müəyyənləşib. SİA-nın məlumatına görə, VIII turdan təxirə salınmış "Bakılı" - "Şuşa" matçı 10 noyabrda, IX turdan təxirə salınmış "Mil-Muğan" - "Bakılı" matçı 17 noyabrda reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB