Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Sabah Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən Sərhədçi Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə M** kateqoriyalı Azərbaycan çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yarışda ümumiliklə 15-ə yaxın idmançı və 30-a yaxın atın iştirakı gözlənilir. Çempionata yerli hakimlər kollegiyası nəzarət edəcək. Saat 15:00-da başlayan yarışın ümumi mükafat fondu 3500 manat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə