Bakının "Azəryol" komandası daha bir voleybolçunun keçidini rəsmiləşdirib. Yeni mövsümdə iddialı olmağı planlaşdıran Bakı təmsilçisi Anastasiya Muzika ilə güclənib. 24 yaşlı həmyerlimizlə birillik müqavilə bağlanıb. A.Muzikanın gəlişi ilə "Azəryol"da toppaylayıcıların sayı 3-ə çatıb. Yığmamızın əsas kapitanı Oksana Parxomenko və bolqarıstanlı Lora Kitipova da "Azəryol"da A.Muzika ilə eyni mövqedə oynayacaqlar.
Komandanın ümumilikdə voleybolçularının sayı isə 13-ə çatıb. "Azəryol" yeni mövsümdə Muzika, Parxomenko və Kitipovadan başqa, Lenka Dürr, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Odina Bayramova (Əliyeva), Yovana Brakoçeviç, Andressa Pikussa, Tabita Lav, Yelena Nikoliç, Ceyran Əliyeva və Straşmira Filipovanın da köməyindən yararlanacaq.
Qeyd edək ki, klubun yeni transferi 10 nömrəli formanı geyinəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB