Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final yarışı başa çatıb. Yeniyetmə və gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, hərbi çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq məqsədilə keçirilən yarış Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən təşkil olunub. Ölkəmizin 14 şəhər və rayonunu təmsil edən idmançılar 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma və 2000 metr məsafəyə kross qaçışı üzrə mükafat uğrunda mübarizə aparıblar.
Yarışda şəhər komandaları arasında Sumqayıt birinci, Bakı ikinci, Naxçıvan üçüncü yeri tutub. Rayon komandaları arasında isə Qax birinci, İsmayıllı ikinci, Biləsuvar üçüncü yeri tutub. Qalib komandalara Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB