"Bakı" - "Neftçi" matçında 4 qol vuruldu

"Bakı" - "Neftçi" matçında 4 qol vuruldu

Bu gün Topaz Premyer Liqasının 10-cu turunun daha bir oyununda "Neftçi" "Bakı"nın qonağı olub. SİA-nın məlumatına görə, "Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçirilən qarşılaşamada hesabı 38-ci dəqiqədə Julius Vobay açıb. 55-ci dəqiqədə isə Nurlan Novruzov hesabda tarazlıq yarıb. Bundan 7 dəqiqə sonra Araz Abdullayev "Neftçi"ni yenidən önə çıxarıb. Matçda son nöqtəni Kaue da Silva qoyub. O, qarşılaşmanın 85-ci dəqiqəsində fərqlənməklə "Neftçi"nin 1:3 hesablı qələbə qazanmasında pay sahibi olub.

Qeyd edək ki, oyunu Ramil Diniyev idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə