"Neftçi" Araz Abdullayevi bağışlayıb. SİA Azerisport.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 8-ci turunda "Sumqayıt"la oyunda əvəzlənərkən baş məşqçi Arif Əsədova etiraz edən və onun əlini sıxmaqdan imtina edən futbolçu buna görə cəzalandırılmış və əvəzedici heyətə göndərilmişdi.
Bu səbəbdən o, ötən tur keçirilmiş "İnter"lə paytaxt derbisində komandasına kömək edə bilməmişdi. Amma artıq klub rəhbərliyi və məşqçilər korpusu futbolçunu bağışlayıb. A. Abdullayev bu gün keçirilən 10-cu turun "Bakı" ilə görüşündə start heyətdə meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB