"Qarabağ” UEFA-nın reytinq cədvəlində 37 pillə irəlilədi

"Qarabağ” UEFA-nın reytinq cədvəlində 37 pillə irəlilədi

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, siyahıda 454 komanda yer alıb. Reytinq cədvəlində Azərbaycanın 7 klubunun adı var. Avropa Liqasının qrup mərhələsində səfərdə "Dnepr"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" klubu reytinqdə 37 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 9.400 xalla 164-cü pillədə qərarlaşıb.

Son Azərbaycan kubokunun qalibi "Neftçi" klubu isə geriləyərək 8.900 xalla 175-ci olub.

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən, hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

164. "Qarabağ" (+37)

175. "Neftçi" (-1)

271. "İnter" (+2)

299. "Xəzər Lənkəran" (+1)

340. "Bakı" (+7)

363. "Qəbələ" (+8)

365. AZAL (+7)

Reytinq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi "Real" (Madrid) klubu başçılıq edir. "Barselona" ikinci, "Bavariya" isə üçüncü yerdədir.

Ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Dnepr" üzərindəki qələbəsindən sonra xalını 12.000-ə çatdıran ölkəmiz reytinqdə 29-cudur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com