"Araz-Naxçıvan" adla bağlı etiraz etdi

"Araz-Naxçıvan" adla bağlı etiraz etdi

Son günlər mətbuatda "Araz-Naxçıvan" PFK-nın adınının UEFA-nın rəsmi saytında səhv yazılması ilə bağlı məlumatlar dərc olunub. Komandanın adı qitə futbol qurumunun rəsmi saytında "MKT-Araz" kimi göstərilib. Həmçinin İmişli təmsilçisinin loqosu və nəticələri də "Araz-Naxçıvan"a şamil olunub. Məsələ ilə bağlı "Araz-Naxçıvan" PFK Peşəkar Futbol Liqasına (PFL) məlumat verib. Qurum isə öz növbəsində bu səhvin düzəldilməsi üçün UEFA-ya müraciət edib və qısa vaxt kəsiyində bunun düzəldiləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə