“Uraloçka” Azərbaycana gəlir

“Uraloçka” Azərbaycana gəlir

Rusiyanın məşhur "Uraloçka" klubu yenidən Azərbaycana gələcək. SİA-nın məlumatına görə, əfsanəvi Nikolay Karpolun çalışdırdığı 48 yaşlı komanda oktyabrın 31-də paytaxtımızda olacaq. "Azəryol"un dəvəti ilə ölkəmizə gələcək "Uraloçka" Aleksandr Çervyakovun yetirmələri ilə birgə təlim-məşq toplanışı da keçəcək. Burada əsas məqsəd Bakı təmsilçisinin Çempionlar Liqasında uğurlu çıxışına hesablanıb. Komandalar yoxlama matçında da güclərini sınayacaqlar.

"Uraloçka" 1 həftəlik hazırlıqdan sonra vətəninə dönəcək.

Qeyd edək ki, "Azəryol"un Çempionlar Liqasında ilk matçı Fransa "Nant"ına qarşı olacaq. Görüş noyabrın 12-də Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə