AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
22 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/16 final MOİK – "Lokomotiv" matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
22 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/16 final "Qaradağ Lökbatan" – "Zirə" matçının 55-ci dəqiqəsində "Zirə" klubunun 44 №-li futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olurnur(maddə 42.1).
25 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının IX turunun AZAL – "Bakı" matçının 77-ci dəqiqəsində "Bakı" klubunun 6 №-li futbolçusu Vüqar Bəybalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
24 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının IX turunun "Qəbələ" – "Sumqayıt" matçından sonra mətbuat konfransında "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyinə görə, klub 2000 manat cərimə olunur (maddə 82.3).
26 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının IX turunun "Neftçi" – "İnter" matçının 61-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).
24 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun AZAL – "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
26 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VIII turunun "Qaradağ Lökbatan" – "Ağsu" matçında "Qaradağ Lökbatan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 67-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 3 №-li futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 79-cu dəqiqəsində "Ağsu" klubunun 14 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
26 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VIII turunun "Kəpəz" – "Zirə" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 90+2-ci dəqiqəsində "Zirə" klubunun 13 №-li futbolçusu Fərid Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
26 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VIII turunun "Şahdağ" – "Lokomotiv" matçının 66-ci dəqiqəsində "Şahdağ" klubunun 19 №-li futbolçusu İlkin Sədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).Oyunun 83-ci dəqiqəsində "Lokomotiv" klubunun 17 №-li futbolçusu Samir Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.(maddə 42.3).
26 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VIII turunun "Turan-Tovuz" – "Neftçala" matçında "Turan-Tovuz" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
22 oktyabr 2014-cü il U-19 Liqasının "Əlincə" – "Bakı" matçının 60-cı dəqiqəsində "Bakı" klubunun 5 №-li futbolçusu Elmar Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,(maddə 48).
22 oktyabr 2014-cü il U-19 Liqasının "Simurq" – "Qarabağ" matçının 76-cı dəqiqəsində "Simurq" klubunun 58 №-li futbolçusu Kamran Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,(maddə 48).
22 oktyabr 2014-cü il U-19 Liqasının "Xəzər Lənkəran" – "Sumqayıt" matçının 77-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 77 №-li futbolçusu Namiq Qocayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
20 oktyabr 2014-cü il U-17 Azərbaycan Kuboku "Sumqayıt" – "Vətən" matçının 90-cı dəqiqəsində "Sumqayıt" klubunun 12 №-li futbolçusu Aqşın Şahmalıyev və "Vətən" klubunun 14 №-li futbolçusu Toğrul Qurbanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyun cəzalanır (maddə 38.3).
22 oktyabr 2014-cü il U-16 Liqasının "Neftçi" – "Şirvan" matçının 60-cı dəqiqəsində "Neftçi" klubunun 29 №-li futbolçusu Aslan Bədəlzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
24 oktyabr 2014-cü il U-16 Liqasının "Turan-T" – "Neftçi İK İB" matçının 58-ci dəqiqəsində "Turan T" klubunun 8 №-li futbolçusu Abbas Ağazadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır (maddə 38.3).
21 oktyabr 2014-cü il U-15 Liqasının "Vətən" – "Şahdağ" matçının 53-cü dəqiqəsində "Şahdağ" klubunun 5 №-li futbolçusu Şahverdi Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,(maddə 48). Oyunun 57-ci dəqiqəsində "Vətən" klubunun 9 №-li futbolçusu İbrahim Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 oktyabr 2014-cü il U-14 Liqasının "Qudayalçay" – "Ləcət Şahdağ" matçında "Qudyalçay" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 oktyabr 2014-cü il U-14 Liqasının "Ləçət" (Xaçmaz) – "Çıraq Qala" (Şabran) matçında "Ləçət" klubunun heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 oktyabr 2014-cü il U-14 Liqasının "Xudafərin" – "Sabirabad" matçının 52-ci dəqiqəsində "Xudafərin" klubunun 4 №-li futbolçusu Amil Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır (maddə 38.3).
25 oktyabr 2014-cü il U-14 Liqasında "Məhsul" – "Uğur" matçının 59-cu dəqiqəsində "Məhsul" klubunun 3 №-li futbolçusu Xəyal Salmanov və "Uğur" klubunun 15 №-li futbolçusu Elton Qasımov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.3).
26 oktyabr 2014-cü il Coca-Cola U-13 Liqasının "Masallı" (Masallı) – "Dinamo" (Yardımlı) matçında "Dinamo" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
26 oktyabr 2014-cü il Coca-Cola U-13 Liqasının "Neftçi İK İB" – "UGİM" (Biləsuvar) matçının 30-cü dəqiqəsində "Neftçi İK İB" klubunun 4 №-li futbolçusu Vüsal Səmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 oktyabr 2014-cü il Coca Cola U-13 Liqasının Quxroba Şahdağ – "Neftçi İK İB" matçında "Quxroba Şahdağ" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığına görə "Quxroba Şahdağ" klubu yarışdan kənarlaşdırılır.
25 oktyabr 2014-cü il Atena U-12 Liqasının "Olimpik" (Qusar) – "Xudat" (Xaçmaz) matçında "Xudat" klubunun heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
19 oktyabr 2014-cü il U-10 Liqasının "Sərhədçi" (Bakı) – "Şuşa Galatasaray" matçında "Şuşa Galatasaray" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
26 oktyabr 2014-cü il U-10 Liqasının "Şuşa Galatasaray" (Bakı) – "İnter" matçında "Şuşa Galatasaray" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
26 oktyabr 2014-cü il U-10 Liqasının "Göyçay OİK" – "UGİM"(Göyçay) matçında "UGİM"(Göyçay) klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 oktyabr 2014-cü il U-10 Liqasının "SKGB" – "Quba OK" matçında "SKGB" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 oktyabr 2014-cü il Azərbaycan birinciliyinin "Xəmsə" – "Abşeron" matçının 15-ci dəqiqəsində "Abşeron" klubunun 11 №-li futbolçusu Ülvi Bağırlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 25-ci dəqiqəsində "Abşeron" klubunun 8 №-li futbolçusu Vahid İmanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 oktyabr 2014-cü il Azərbaycan həvəskarlar birinciliyinin "Flexicredi" – "Uğur" matçının 5-ci dəqiqəsində "Flexicredi" klubunun 5 №-li futbolçusu Elmar Cəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 10-cu dəqiqəsində "Uğur" klubunun 9 №-li futbolçusu Səbuhi Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,(maddə 48). Oyunun 50-ci dəqiqəsində "Flexicredi" klubunun 6 №-li futbolçusu Vasif Məmmədov qeyri-etik hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
24 oktyabr 2014-cü il Azərbaycan həvəskarlar birinciliyinin "Məkan" – "Qarabağ" matçının 32-ci dəqiqəsində "Məkan" klubunun 1 №-li futbolçusu Cavid Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 32-ci dəqiqəsində "Qarabağ" klubunun 5 №-li futbolçusu İbrahim Əhmədov kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 48).
26 oktyabr 2014-cü il Azərbaycan həvəskarlar birinciliyinin "Zəngilan" – "Qbatmen Montin" matçında "Zəngilan" komandası ikinci hissəyə çıxmadığı üçün komandaya məğlubiyyət verilir, ilk hissənin hesabı saxlanılır (9-1) (maddə 56).
24 oktyabr 2014-cü il Azərbaycan birinciliyinin "Bolluq" – "Titan" matçının 30-cu dəqiqəsində "Bolluq" klubunun 10 №-li futbolçusu Amid Səmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,(maddə 48). Oyunun 47-ci dəqiqəsində "Titan" klubunun 18 №-li futbolçusu Denis İguminov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyun bitdikdən sonra "Titan" klubunun 10 №-li Zaur Səmədov hakimlərə hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanır (maddə 44.1).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB