Əhməd Əlhəndavi: "Azərbaycanda gənclər düzgün sahələrə yönləndirilir"
Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak edən BMT-nin Baş katibinin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, Azərbaycanda infrastrukturun inkişaf etdiyini, gənclər siyasətinə xüsusi diqqət yetirildiyini qeyd edib: "Azərbaycanda gənclərin müxtəlif düzgün sahələrə yönləndirildiyinə, onların bilik və bacarıqlarının artırılması üçün müxtəlif tədbirlər həyata keçirildiyinə şahid oldum".
O, Gənclər Siyasəti üzrə I Beynəlxalq Forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb və ölkəmizin beynəlxalq tədbirlərdə fəal çıxış etməsini yüksək qiymətləndirib.
BMT nümayəndəsi dünyada gənclərin terror qruplaşmalarına qoşulmalarına da münasibət bildirib: "Gənclərə sərmayə qoyulmalıdır ki, onlar öz enerjilərini başqa istiqamətlərə yönəldə bilsinlər. Gənclərin düzgün istiqamətləndirilməməsi onların gələcəkdə silahlı qruplaşmalara qoşulmasına səbəb olur. İstərdik ki, bütün ölkələrdə bu məsələyə xüsusi diqqət yetirilsin və gənclər düzgün istiqamətləndirilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB