Azərbaycan Velosiped İdmanı Federasiyasının 2014-cü ilin təqvim-planına əsasən Veloparkda keçirilən Açıq Bakı Kriterium yarışına yekun vurulub. SİA-nın məlumatına görə, bununla da 3 mərhələnin yekununa əsasən yarışın qalibləri müəyyənləşib.
Sonuncu - 3-cü mərhələdə mübarizə daha gərgin alınıb. 15 yaşadək yeniyetmələr arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi İvan Orlov bütün rəqiblərindən daha yaxşı çıxış edib. U-17 yaş qrupunda isə 8 saylı İdman Olimpiya Mərkəzinin velosipedçisi Mikayıl Səfərli ən yüksək nəticə göstərib. Gənclər, U-23 və Elit yaş qrupunda isə "Synergy Baku" komandasının üzvü Aqşin İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Üç mərhələnin yekununa əsasən, U-15 yaş kateqoriyasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin nümayəndəsi Qadir Mustafayev Açıq Bakı Kriterium yarışının qalibi olub. U-23 və Elit yaş qrupunda isə 8 saylı İdman Olimpiya Mərkəzinin üzvləri Mikayıl Səfərli ilə Elgün Əlizadə birincilik qazanıblar.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB