"Tour of Hainan" sona yaxınlaşır

"Tour of Hainan" sona yaxınlaşır

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü sona yaxınlaşır. Xatırladaq ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.

SİA-nın məlumatına görə, bu gün keçirilən 8-ci mərhələdə iştirakçılar 154 km məsafə qət ediblər. Velosipedçilərimizin dördü - Maksim Averin, Aleksandr Surutkoviç, Elçin Əsədov və Samir Cəbrayılov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 3 saat, 52 dəqiqə, 13 saniyə.

Ümumi sıralanmada təmsilçilərimizdən ən yaxşı nəticə Elçin Əsədova məxsusdur. O, liderdən 1 dəqiqə, 43 saniyə geri qalmaqla 12-ci yerdədir. Komanda hesabında "Synergy Baku" 5-cidir.

Sabah keçiriləcək sonuncu - 9-cu mərhələdə velosipedçilər 165.7 km məsafə qət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə