"Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının IX turunun "Qarabağ" "Xəzər Lənkəran" oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. Mütəxəssis komandasının sona kimi mübarizə apardığını qeyd edib: "Xəzər Lənkəran" yaxşı komandadır. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda "İnter"ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB