Topaz Premyer Liqasının IX turuna Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Xəzər Lənkəran" oyunu ilə yekun vurulub. SİA-nın məlumatına görə, gərgin keçən qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra cənub təmsilçisinin baş məşqçisi Oğuz Çetin qarşılaşma barədə fikirlərini bildirib: "Çox məyusuq. Qələbə qazansaydıq, turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq. Bu, çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümüdləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB