Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilən "Neftçi" - "İnter" oyununda hesab açılmayıb. SİA-nın məlumatına görə, oyundan sonra qonaq komandanın baş başçisi Kaxaber Sxadadze qarşılaşma barədə fikirlərini bildirib: "Çox gərgin oyun izlədik. Medallara oynayan komandalardır. Meydanda mübarizə və emosiyalar çox idi. Üstünlük gah bir komandada, gah da o biri komandada olurdu. Hesab oyuna görədir. Heç bir komanda qələbəyə layiq deyildi. Qarşıda bizi çətin oyunlar gözləyir. Onlara qısa bir vaxtda hazırlaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB