"Xəzər Lənkəran"ın akademiyasının həftəsi VİDEOLAR

"Xəzər Lənkəran"ın akademiyasının həftəsi VİDEOLAR

Bazar ertəsi futbol üzrə U-17 kubokunun 1/8 final mərhələsinin ilk görüşləri keçirildi. SİA-nın məlumatına görə, səfərdə "Qarabağ"la qarşılaşan və eksperimental heyətlə oynayan "Xəzər Lənkəran" 2:0 hesabı ilə məğlub oldu. Cavab oyunu 17 noyabrda keçiriləcək.

U-15 Liqasında "Xəzər Lənkəran" "İnter"i qəbul etdi və matç qolsuz heç-heçə ilə sona çatdı. "Xəzər Lənkəran" TV çoxlu qol imkanlarının qaçırıldığı bu oyunun icmalını diqqətinizə çatdırır:

"Xəzər Lənkəran"ın U-19-u isə doğma stadionun əsas meydançasında "Sumqayıt"ı qəbul etdi. İlk hissənin əvvəlində rəqib artıq 1:2 hesabı ilə öndə idi, amma bu, hələ oyunda vurulan qolların heç yarısı deyildi. Hafiz Əliyevin yetirmələri 6:4 hesabı ilə üstün olmaqla mövsümdə ilk qələbələrini qazandılar. "Xəzər Lənkəran" TV bol qollu qarşılaşmanın icmalını təqdim edi:

İbrahim Qədirzadə və Yusif Həsənovu milli komandanın düşərgəsinə göndərən "Xəzər Lənkəran"ın U-16 komandası səfərdə "Sumqayıt"ın müqavimətini qıra bilmədi - 0:0. Maraqlıdır ki, milliyə futbolçular göndərən daha iki komandanın - "Qarabağ" və "Qəbələ"nin matçı təxirə salınıb, "Neftçi"yə isə hətta futbolçular milliyə yollanmamışdan öncə oynamağa icazə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə