"Qəbələ"dən Litvada uğurlu start

"Qəbələ"dən Litvada uğurlu start

"Qəbələ" Futbol Akademiyası mövsümün ilk səfərinə start verib. SİA-nın məlumatına görə, akademiyanın 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komandası Litvanın paytaxtı Vilnüsdə təşkil olunan "Ateitis Cup 2014" beynəlxalq turnirində mübarizəyə başlayıb. Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkədə oktyabrın 26-dək davam edəcək yarışın ilk günündə 3 matç keçirib. Turnirə uğurla başlayan komanda bu görüşlərdə 6 xal əldə edib.

U-15 ilk qarşılaşmasında "Feniks" (Kaunas, Latviya) komandası ilə görüşüb. 2:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar" turnirə qələbə ilə başlamağı bacarıb. Komandanın qollarını Kamran Quliyev və Fəqan Məsimov vurub.

II turda Milli Futbol Akademiyası (Litva) ilə görüşən "Qəbələ" meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.

Növbəti qarşılaşmada "Dinamo" (Kiyev, Ukrayna) ilə üz-üzə gələn Yunusovun yetirmələri rəqibini böyükhesabla məğlub edib - 4:0. Kamran Quliyevin dubl etdiyi matçda Fəqan Məsimovla Eldost Qiyasbəyli hərəyə 1 dəfə fərqlənib.

Qeyd edək ki, B qrupunda çıxış edən "Qəbələ" bu gün saat 13:50-də "Minsk", 19:40-da "Orbita"nı sınağa çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə