Dorinel Munteanu: "Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı"
"Bilirdik ki, oyun çətin keçəcək. Çünki "Sumqayıt" qısa bir zamanda liderliyə yüksəlmişdi". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının IX turunda "Sumqayıt"la qarşılaşan "Qəbələ" klubunun baş məşqçisi Dorinel Munteanu deyib. O, qarşılaşmanı belə şərh edib: "Düşünürəm ki, ilk hissədə "Sumqayıt"ın bir şansı oldu və bundan yararlandı. İki fərqli hissə izlədik. Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı. Mən komandamı qələbə münasibəti ilə təbrik etmişəm. Ekiqo bu gün yaxşı oynadı. Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı idi. Qol ötürməsi verdi, qol vurdu. Oyuna fəal qoşuldu, hərəkətlilik yaratdı".
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu 3:1 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB