Topaz Premyer Liqasının IX turu "Qəbələ"də start götürüb. SİA-nın məlumatına görə, açılış oyununda "Sumqayıt" səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzub. Oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov qarşılaşma barədə fikirlərini bildirib: "Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. Biz 10:1 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. "Qəbələ"nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir. "Qəbələ" barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki "Qəbələ" bu gün qələbəyə layiq deyildi".
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu 3:1 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB