Futbolçu komandası ilə müqavilə imzalamaqdan imtina edib
"Barselona" klubunun keçmiş qapıçısı Viktor Valdes "Mançester Yunayted" ilə müqavilə imzalamaqdan imtina edib. 32 yaşlı ispan müqaviləni ikinci qolkiper olmaq istəmədiyi üçün imzalamayıb. Hazırda futbolçu sağ diz oynağının qırılmış bağlarını bərpa edir. Daha əvvəl verilən məlumata görə, ispaniyalı futbolçu "qırmızı şeytanlar"ın hamisi Lui Van Qalanın təklifini qəbul edib. L.V.Qala futbolçuya "Mançester Yunayted"in həkimlərinin nəzarəti altında komanda ilə məşq etmək şansı verib.
"Barselona" klubunu tərk edəndən sonra azad agent olan Valdes müalicə başa çatandan sonra "Mançester Yunayted"in heyəti ilə məşq edə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB