Bakı Dövlət Cıdır Meydanında "Çövkən" üzrə 3-cü Azərbaycan çempionatı sona yaxınlaşır. SİA-nın xəbərinə görə, bu gün keçirilən yarımfinal oyunlarından sonra, finalda mübarizə aparacaq komandalar məlum olub. Yarımfinal görüşlərində "Ağdam" komandası, "Polad"a 0-1 hesabı ilə uduzub. "Sərhədəçi" komandasının çaparları isə "Balakən" təmsilçisinin qapısından 7 cavabsız top keçiriblər.
Beləliklə sabah (25 Oktyabr) "Sərhədçi" və "Polad" komandaları keçiriləcək final oyununda üz-üzə gələcəklər. Oyun saat 13:00-da başlayacaq. Bundan bir saat öncə isə 3-cü yer uğrunda qarşılaşma olacaq.
Qeyd edək ki, Çövkən oyunlarından öncə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında xüsusi parad, milli çadırların quraşdırılması və şou proqram planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB