AFFA-nın və "Bakcell" şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə "Payız turniri" başa çatıb. SİA-nın məlumatına görə, turnirin qalibi "Şimşək" komandası olub. 2-ci yeri "Birlik", üçüncü pilləni isə "Zirvə" tutub. "Bilik" komandasının üzvü Mürşüd Hüseynov ən yaxşı qapıçı, "Zirvə" komandasından Güləli Baxşıyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu "Şimşək" komandasının üzvü Telman Hüseynov olub.
(164).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB