U-19 qələbə qazanıb

Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, "Bayern Alzenau" klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın qollarını Benhur Kama, Yusup Xakimov, Mansur Nəhavəndi, Fəhmin Muradbəyli, Elnur Süleymanov və Vadim Ağarəhimov vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə