"Bizim üçün ağır oyun oldu. Matçın sonlarının daha gərgin keçdiyini düşünürəm". SİA-nın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Dnepr"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Onun sözlərinə görə, qarşıdakı oyunu düşünmək lazımdır: "Güclü komandaya qarşı mübarizə apardıq. "Dnepr"in futbolçuları topla yaxşı davranırdı. Azarkeşlərimizi təbrik edirəm. Meydan sahiblərinin fanatları çox olsaydı, məncə qarşılaşma daha maraqlı ola bilərdi. İkinci pilləyə sahib olmağımızı söyləmək indidən tezdir. Gəlin bu haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Həmin matça daha ciddi hazırlaşacağıq".
Qeyd edək ki, oyun 0:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB