Miron Markeviç: "Komandanın aparıcı oyunçuları ilə ciddi danışacağam"

Miron Markeviç: "Komandanın aparıcı oyunçuları ilə ciddi danışacağam"

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la oyundan sonra "Dnepr"in baş məşqçisi Miron Markeviç qarşılaşma barədə fikirlərini bildirib. O, oyuna qələbə üçün çıxdıqlarını, amma bunu bacarmadıqlarını qeyd edib: "Əgər Avroliqada mübarizə aparmaq istəyirsənsə, onda oynamaq lazım idi. Təəssüf ki, oyunçularım bunu bacarmadı. Biz müdafiə və yarımmüdfiədə daha çox topla oynayırdıq. Evdə belə çıxış etmək olmaz. Seleznyov xüsusi yerdə topu qəbul edə bilmirdi. Məğlubiyyətə görə komandanın aparıcı oyunçuları ilə ciddi danışacağam. Onlar meydanda çox çaş-baş qalmışdılar".

Qeyd edək ki, oyun 0:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə