“Qarabağ” "Dnepr"in qapısına yol tapdı - 1:0 YENİLƏNİB

“Qarabağ” "Dnepr"in qapısına yol tapdı - 1:0 YENİLƏNİB

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ" komandası növbəti oyununu keçirib.
Ağdam təmsilçisi Kiyevdə "Olimpiya" stadionunda "Dnepr" (Ukrayna) komandası ilə qarşılaşıb.

Oyunu çexiyalı baş hakim Libor Kovraji idarə edib. Ona həmyerliləri Kristof Menkl, Yan Patak və Petr Blajey kömək ediblər.

Qeyd edək ki, qrup mərhələsi çərçivəsində "Qarabağ" ilk oyununu doğma meydanda Fransanın "Sent-Etyen" komandasına qarşı keçirib və görüşdə hesab açılmayıb. İkinci oyunda İtaliyanın "İnter" komandasının qonağı olan "Qarabağ" rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Görüşün 20-ci dəqiqəsində Muarremin qolu ilə "Qarabağ" önə çıxıb. Sonrası dəqiqələrdə hər iki tərəf qola yaxın olsalar da, hesab "Qarabağ"ın xeyrinə sona çatıb.

"Dnepr": Denis Boyko, Ondrjey Mazux, Duqlas, İvan Striniç, Artyom Fedetski, Sergey Kravçenko, Brunu Qama, Yevgeni Şaxov, Ruslan Rotan (k), Nikola Kaliniç, Yevgeni Konoplyanka

Ehtiyat oyunçular: Yan Laştuvka, Valeri Luçkeviç, Yevgeni Çeberyaçko, Aleksandr Miqunov, Caba Kankava, Mladen Bartuloviç, Yevgeni Seleznyov

"Qarabağ": İbrahim Şehiç, Ansi Aqolli, Bədavi Hüseynov, Namiq Yusifov, Rəşad Sadıqov (k), Maksim Medvedev, Riçard Almeyda, Qara Qarayev , Muarem Muarem, Reynaldo, Vüqar Nadirov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Admir Teli , İlqar Qurbanov, Cavid Tağıyev, Hacı Əhmədov, Namiq Ələsgərov

00:22

Qol: Muarem Muarem

Qarşılaşma "Qarabağ" komandasının qələbəsi ilə başa çatdı. Bununla da Qaarabağ öz qrupunda ikinci pillədə yer aldı.

Bütün xəbərlər Facebook səhifəmizdə