Azərbaycan millisi 31 pillə gerilədi

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb
Azərbaycan millisi 31 pillə gerilədi

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası 31 pillə geriləyərək 233 xalla 126-cı pillədə qərarlaşıb.
"Avro-2016"dakı rəqiblərimizdən İtaliya millisi iki pillə irəliləyərək 11-ci yerə yüksəlib. Xorvatiya millisi 5 pillə irəliləyərək 14-cü olub. Norveç yığması 68-ci (+8), Bolqarıstan yığması 59-cu (-13) və Malta kollektivi isə 156-cı (-1) pillədə qərarlaşıb.
Reytinq cədvəlinə dünya çempionu Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncüdür.
Növbəti reytinq cədvəli noyabrın 27-də açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə