Erməni boksçusu azərbaycanlı rəqibi ilə üz-üzə gəlməkdən qorxdu

Erməni boksçusu azərbaycanlı rəqibi ilə üz-üzə gəlməkdən qorxdu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində yarımfinalçılar məlum olub. SİA-nın xəbərinə görə, milli komandamızın iki üzvü - Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (91+ kq) ¼ finala qələbə qazanmaqla, ən azı, yarışın bürünc medallarını özlərinə təmin ediblər. M.Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb - 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

M. Tahirov isə ¼ finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq Ermənistan boksçusu rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib. Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə