Himalay dağlarında itən azərbaycanlı alpinist Murad Aşurlunun cəsədi tapılıb. SİA-nın xəbərinə görə, mərhumun cəsədinin helikopterlə Nepalın paytaxtı Kətmənduya gətirildiyi bildirilir.
Məlumata görə, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı olan Murad Aşurlu Ama Dablam dağından enərkən qoruyucu kəndir qırılıb və o, 300-400 metr yüksəklikdən qayaların üstünə düşüb.
Qeyd edək ki, Azərbaycanın ən təcrübəli alpinistlərindən olan Murad Aşurlu 2007-ci ildə Şimali Amerikanın ən yüksək zirvəsi olan McKinley-ni, 2013-cü ildə isə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB