Adil Mahmudov: "Oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi"

Adil Mahmudov: "Oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi"

"Oyuna yaxşı hazırlaşmışdıq. Kubok oyunlarında ani epizodlar çox şeyi həll edir". SİA-nın məlumatına görə, bu sözləri "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Adil Mahmudov Azərbaycan Kubokunun 1/16 final mərhələsində "Zirə" ilə oyundan sonra açıqlamasında deyib. Baş məşqçi komandasının əlavə güc itrməməsinə çalışdıqlarını qeyd edib: "Biz qol vurmalı idik. Çünki oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi. Qarşıda çətin oyunlarımız var. Çox güc itirə bilməzdik. Komandamın üzvlərini təbrik edirəm. Komandamız yarandığı gündən bu yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik. "Neftçi" ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə baxımından çox vacibdir".

Qeyd edək ki, oyun 1:0 hesabı ilə "Qaradağ Lökbatan"ın xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə