Bəhram Şahquliyev: "İkinci hissədə rəqibdən daha üstün idik"

Bəhram Şahquliyev: "İkinci hissədə rəqibdən daha üstün idik"

"Yeni komandayıq. Oyundan oyuna daha da inkişaf etmək istəyirik". SİA-nın məlumatına görə, bu sözləri "Zirə" klubunun baş məşqçisi Bəhram Şahquliyev Azərbaycan Kubokunun 1/16 final mərhələsində "Qaradağ Lökbatan"la oyundan sonra açıqlamasında deyib. O, komandasından razı qaldığını bildirib: "Oyun yaxşı alındı. Məğlubiyyətə baxmayaraq, mən futbolçulardan razı qaldım.

Hakimlik barədə danışmaq istəmirəm. Bu barədə Hakimlər Komitəsi qərar verə bilər. İkinci hissədə rəqibdən daha üstün idik. Düşünürəm ki, Vüqar Əsgərovun yerdə qaldığı epizodda lehimizə penalti verə bilərdi. Əgər qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik. Bütün bunlara baxmayaraq, "Qaradağ Lökbatan"ı təbrik edirəm. İnşallah, kuboku qazansınlar".

Qeyd edək ki, qarşılaşma 1:0 hesabı ilə "Qaradağ Lökbatan"ın xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə