İlqar Hüseynov: "Çətinliklər, problemlər var"

İlqar Hüseynov: "Çətinliklər, problemlər var"

"İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu". SİA-nın məlumatına görə, bu sözləri "Lokomotiv" klubunun məşqçisi İlqar Hüseynov Azərbaycan Kubokunun 1/16 final mərhələsində MOİK-lə oyundan sonra açıqlamasında deyib. O, şanslardan yararlana bilmədiklərini qeyd edib: "İlk hissədə yaxşı şanslarımız olsa da, yararlana bilmədik. Yeni kollektiv qurmuşuq. Çətinliklər, problemlər var. Bunu aradan qaldırmalıyıq. MOİK-ə isə "Qarabağ"la oyunda uğurlar arzu edirəm".

Qeyd edək ki, oyun 1:0 hesabı ilə MOİK-in xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə