Bu gün futbol üzrə XXIII Azərbaycan Kuboku uğrunda yarışlara start verilib. SİA-nın məlumatına görə, 1/16 final mərhələsində iki oyun keçirilib. "Qaradağ Lökbatan" "Zirə"ni, MOİK isə "Lokomotiv"i qəbul edib.
Hər iki oyunda meydan sahiblərinin 1:0 hesablı qələbəsi qeydə alınıb. Beləliklə, MOİK və "Qaradağ Lökbatan" Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinə yüksəlib. Bu mərhələdə "Qaradağ Lökbatan" "Neftçi", MOİK isə "Qarabağ"la üz-üzə gələcək. Oyunlar dekabrın 3-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB