Bakının "İnter" klubu yeni məlumat yayıb. SİA-nın xəbərinə görə, "İnter" PİK-in rəhbərliyi bildirir ki, komandanın inzibati strukturunda aparılacaq istənilən dəyişikliklər klubun ümumi inkişaf strategiyasına olunmuş müəyyən dəyişikliklərlə bağlıdır.
Buna görə də cari ilin noyabr ayında "İnter" klubunda komandanın idman direktorunun da vəzifələrini əhatə edəcək idman məsələləri üzrə yeni rəhbər şəxs fəaliyyətə başlayacaq. Komandanın inzibati heyətindən ayrılacaq şəxslərin adları da həmin yeni fəaliyyətə başlayacaq rəhbər şəxsin kadr siyasətinin istiqamətlərindən asılı olacaq.
"İnter" PİK-in rəhbərliyi xüsusilə vurğulamaq istəyir ki, klubun inkişaf məsələləri daim diqqət mərkəzindədir və inkişafa töhvə verəcək istənilən əməkdaşlarla bundan sonra da işləməyə razı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB