"Rabitə" klubunun çempionluğu ilə sona çatan 2013-2014 mövsümündə voleybol üzrə Azərbaycan çempionatı noyabr ayının 1-də yenidən start götürəcək. SİA xəbər verir ki, bu günə olan məlumata görə, ölkə çepionatında 5 komanda ("Rabitə", "Azəryol", "Azərreyl", "Lokomotiv", "Telekom") mübarizə aparacaq. Amma fəaliyyətini dayandıran "İqtisadçı" komandasının əvəzinə yaxın günlərdə çempionata yeni komandanın qoşulması gözlənilir. Buna oktyabr ayının sonuncu həftəsində aydınlıq gələcək.
Qeyd edək ki, Azərbaycan çempionatında bəzi yeniliklər edilib. Ötən illərdən fərqli olaraq, bu il ev sahibi olan komanda öz meydançasında rəqibini qarşılayacaq. Hər komanda ərizəsində 3 milli oyunçu sifariş etməli və meydançada hər zaman 1 milli oyunçu olmalıdır.
Qeyd edək ki, "Rabitə" və "Telekom" komandaları rəqiblərini Gənclik Olimpiya Kompleksində, "Azəryol", "Azərreyl", "Lokomotiv" klubları isə Voleybol Mərkəzində qarşılayacaq.
Altıncı komandanın iştirak etməsi tam müəyyən olunmadığına görə hələlik I dövrənin ilk iki oyununun vaxtları aşağıdakı kimi müəyyənləşib:
01 noyabr. 17:00. "Rabitə" - "Azərreyl" (Gənclik Olimpiya Kompleksi)
02 noyabr. 18:00. "Azəryol" - "Lokomotiv" (Voleybol Mərkəzi)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB