Oktyabrın 21-də Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitmə qüsurlu əlillər arasında futzal üzrə "Payız turniri" başlayıb.
AFFA-nın və "Bakcell" şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə dörd komanda birincilik uğrunda mübarizə aparır.
Turnirin ilk turunda "Birlik" komandası "Ümid"ə 9:2, "Şimşək" kollektivi isə "Zirvə"yə 6:3 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB