Karate üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib

Karate üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə açıq Bakı birinciliyi başa çatıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyasının təşkil etdiyi yarışda müxtəlif regionları təmsil edən 23 klubun 175 yetirməsi mübarizə aparıb.

Birinciliyin son günündə 18-20 yaşlı gənclər tatamiyə çıxıblar. Ümumi nəticədə "Qara Qaplan" idman klubunun yetirmələri 10 qızıl, 6 gümüş və 7 bürünc olmaqla 23 medalla qeyri-rəsmi komanda hesabında birinci olublar. 3 qızıl, 6 gümüş və 4 bürünc medalla Mərkəzi Karate Məktəbi ikinci, 3 qızıl və 1 bürünc mükafata sahib olan "Feniks" klubu isə üçüncü pillədə qərarlaşıblar.

Baş sponsor Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "Əzmkar döyüşçü" mükafatı Ağcabədi təmsilçisi Lazım Allahverdiyevə təqdim olunub.

Mükafatçılar milli komandaların heyətinə cəlb olunaraq fevralda Avropa çempionatına hazırlaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə