Sabah Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə "Çövkən" üzrə 3-cü Azərbaycan çempionatına start veriləcək. SİA-nın məlumatına görə, yarış 4 gün davam edəcək. Azərbaycan çempionatında may ayında təşkil olunan Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar iştirak edəcəklər. Ümumi mükafat fondu 50 min manat təşkil edən yarışda "Sərhədçi", "Ağcabədi", "Polad", "Balakən", "Ağstafa", "Ağdam", "Laçın", "Şəki" və "Kövsər" komandaları mübarizə aparacaqlar. Bu gün keçirilən püşkatma mərasimindən sonra yarışın təqvimi aşağıdakı kimi müəyyənləşib:
22/10/2014
12:00 - 12:40 "Kövsər" - "Ağdam"
13:00 - 13:40 "Laçın" - "Balakən"
23/10/2014
12:00 - 12:40 "Ağcabədi" - "Polad"
13:00 - 13:40 "Ağstafa" - "Sərhədçi"
24/10/2014
12:00 - 12:40 1-ci yarımfinal oyunu
13:00 - 13:40 2-ci yarımfinal oyunu
26/10/2014
12:00 - 12:40 3-cü yer uğrunda oyun
13:00 - 13:40 FİNAL OYUNU
"Çövkən" oyunu haqda məlumat
Çövkən oyununda hər komanda 5 oyunçu və 1 ehtiyat oyunçudan ibarətdir. Oyunçulardan 2-si müdafiəçi, 3-ü isə hücumçu funksiyasını yerinə yetirir. Oyunçular yalnız milli geyimdə olmalıdır. Komandaların geyimləri müəyyən elementlərlə fərqlənməlidir. Görüş hər biri 15 dəqiqə olmaqla 2 hissədən ibarətdir. Qarşılaşmanın 1-ci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdiyi halda qalib komandanı müəyyən etmək məqsədilə görüşə hər biri 5 dəqiqə olmaqla 2, final qarşılaşmasına isə hər biri 10 dəqiqə olmaqla 2 hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda hər komandaya 11 metrlik 5 zərbə təyin olunur. Bu halda yenə hesab heç-heçə olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB