Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb. SİA-nın məlumatına görə, artıq bu sistemdə qeydiyyata alınanların sayı 70 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 70000-ci üzvü bu ildən etibarən təşkil olunmuş U-10 Liqasında çıxış edən UGİM Bərdə komandasının üzvü, 6 yanvar 2007-ci il təvəllüdlü Hasib Teymur oğlu Mustafazadədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB