"Azəryol” voleybol klubunun 2014-2015 mövsümü üçün təqdimat mərasimi keçirilib FOTOLAR
"Azəryol" voleybol klubunun bazasında (Voleybol Mərkəzi) sözügedən klubun 2014-2015 mövsümü üçün təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə klubun prezidenti Cavid Qurbanov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, Milli Məclisinin üzvləri, Avropa Parlamentinin, xarici səfirliklərin nümayəndələri, jurnalistlər və azarkeşlər iştirak ediblər.
Qeyd edək ki, C. Qurbanovun rəhbərlik etdiyi "Azəryol" voleybol klubu bu təqdimat mərasimi ilə Azərbaycan voleybolunda yenilik edib. Məlum olduğu kimi, artıq neçə illərdir ki, Azərbaycan çempionatında 6 klub mübarizə aparır. Amma yeni mövsüm üçün klubun media nümayəndələrinə və azarkeşlərə bu cür möhtəşəm təqdim etmə mərasimi ilk dəfədir həyata keçirilib.
Mərasimdə ilk olaraq Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışı olan Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Azəryol" klubunun yeni himni və yeni loqosunu təqdim edilib.
Azərbaycan voleybol klubları arasında ilk dəfə olaraq "Azəryol" öz talesmanı "Yola"nı qonaqlara nümayiş etdirib. Daha sonra "Şaolin" idmançıları, gənc gimnastlar və müğənnilər öz çıxışları ilə qonaqları salamlayıb. Açılış mərasiminin sonunda yeni mövsümdə "Azəryol"un şərəfini qoruyacaq oyunçuların təqdimatı keçirilib.
Təqdimatdan sonra Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev çıxış edib. O, belə möhtəşəm tədbirin təşkil olunduğuna görə "Azəryol" klubunun prezidenti C. Qurbanova təşəkkür edib. F. Qarayev Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovun və öz adından "Azəryol"a yeni mövsümdə uğurlar arzulayıb.
Daha sonra klubun prezidenti C. Qurbanov mərasimə təşrif buyuran qonaqları salamlayıb. O, ölkəmizdə idmana və idmançılara Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb: "Məhz bu diqqətin nəticəsidir ki, bu gün biz müstəqil Azərbaycanımızda belə gözəl tədbirlər keçiririk".
Daha sonra paytaxtımızda qonaq olan Rusiya Federasiyasının ən güclü klublarından "Dinamo Krasnadar" komandası ilə yoldaşlıq görüşü keçirilib. 2:2 hesabı ilə sona çatan görüşdə hər iki komanda gözəl oyun nümayiş etdirib.
Oyunçuların təqdimatı
Artıq neçə illərdir Azərbaycan milli komandasının kapitanı, oyun qurucusu olan, "Azəryol" klubunun kapitanı, 4 nömrəli Oksana Kurt.
Azərbaycan milli komandasının şərəfini qoruyan, "Azəryol"un 2 nömrəli blok qurucusu Kseniya Poznyak (Avropa və dünya çempionatlarının iştirakçısı).
Kanada milli komandasının ən uca boylu voleybolçularından olan, "Azəryol"da 11 nömrəli oyunçu Tabitha Love.
Brazilya millisinin blok qurucusu, Cənubi Amerika, Dünya Qran-Pri-sinin çempionu, "Azəryol"da 9 nömrəli oyunçu Picussa Andressa.
Azərbaycan milli komandasında dünya və Avropa çempionatında iştirak etmiş, iki ildir ardıcıl olaraq "Azəryol" klubunun şərəfini qoruyan, 5 nömrəli Odina Bayramova.
Serbiya millisinin əsas oyunçularından, Avropa çempionatı, Avropa Liqasının qızıl medal medalçısı, klublararası dünya çempionu, Çempionlar Liqasının qızıl medalçısı, "Azəryol"da 6 nömrəli oyunçu Brakocevic Jovana.
Bolqarıstan milli komandasının ən aparıcı oyunçusu, dünya və Avropa çempionatının iştirakçısı, blok qurucu, "Azəryol"da 17 nömrəli oynuçu Filipova Straşimira.
Serbiya milli komandasının ən təcrübəli hücumçusu, dünya və Avropa çempionatının iştirakçısı, Çempionlar Liqasının qalibi, "Azəryol"da 12 nömrəli oyunçu Nikolic Jelena .
Azərbaycan milli komandasının tərkibində Avropa və dünya çempionatının iştirakçısı, "Azəryol"da 3 nömrəli oyunçu Anastasiya Qurbanova.
Bolqarıstan milli komandasının şərəfini qoruyan, Avropa, dünya çempionatının və Avropa Liqasının iştirakçısı, "Azəryol"da 7 nömrəli oyun qurucu Kitipova Lora.
Azərbaycan millisinin şərəfini qoruyan, komandanın ən alçaq boylu və ən gənc liberosu, 16 nömrəli Ceyran Əliyeva.
Almaniya millisinin şərəfini qoruyan, "Azəryol"da 1 nömrəli oyunçu, libero Lenka Durr (Dünya və Avropa çempionatının qalibi)
Baş məşqçi: Aleksandr Çervyakov.
Köməkçi məşqçilər: Famil Ağayev və amerikalı Estes Jeremih.
Fizioterapist: Natalya Litovçinko
Həkim: Aynurə Qafarova.
Statist: Okat Kurt.
Fiziki məşqçi: Xorvatiyalı Popek Sinisa.
Menecer : Yelena Şabovta.
"Azəryol" voleybol klubunun himni
Uzağı yaxın edər
Rəvandır yollarımız.
Sahillər birləşdirən
Körpülər qollarımız.
Qələbəyə aparar
Vətən övladlarımız.
Şan-şöhrətli ölkəmə
Bəlli uğurlarımız,
Birinci ol, qalib ol
Azəryol-Azəryol!
Bayrağını sancdığın
Bu zirvələr sənindir.
Qazandığın qələbə,
Hər uğur vətənindir
Yurdumun torpağında
Kök atıb bitənindir.
Azərbaycan adıyla
Sən həmişə qalib ol-
Azəryol... Azəryol!
.jpg)
.jpg)



.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB