"Qitələrarası Kubok" turnirindən 2 gümüş və 1 bürünc medal

"Qitələrarası Kubok" turnirindən 2 gümüş və 1 bürünc medal

Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 6-cı "Qitələrarası Kubok" beynəlxalq turniri başa çatıb. SİA-nın məlumatına görə, turnirdə iştirak edən yığma komandamızın üzvləri 2 gümüş və 1 bürünc medala sahib olub.

Məşqçilər David Kurtsiya və Saypulla Absaidovun rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Məhəmməd Müslümov (65 kq) və Aleksandr Qostiyev (86 kq) finala qədər inamlı təsir bağışlayıb. Ancaq finalda qələbəni əldən verən təmsilçilərimiz gümüş medalla kifayətlənib.

Bürünc medalı isə, yığmamıza 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov qazandırıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev və 125 kq çəkidəki təmsilçimiz Cəmaləddin Məhəmmədov həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Bundan başqa, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev görüşlərin idarə olunmasında ölkəmizi təmsil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə