Millimiz Dubayda üç yoldaşlıq oyunu keçirəcək

Millimiz Dubayda üç yoldaşlıq oyunu keçirəcək

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının oktyabrın 25-dən noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışı keçiriləcək. AFFA-dan bildiriblər ki, hazırlıq prosesi çərçivəsində millimiz BƏƏ, Rusiya və Macaristan yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

Toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Emin Kürdov, Asif Zeynalov, Davud Kərimi, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Comərd Baxşəliyev, Sabir Allahquliyev, Ramil Əliyev və Namiq İsgəndərov dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə