UEFA-dan AFFA-ya növbəti təyinat

Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.
UEFA-dan AFFA-ya növbəti təyinat

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. AFFA-dan bildiriblər ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 21-də Borisov şəhərində keçiriləcək BATE (Belarus) – "Şaxtyor" (Donetsk, Ukrayna) oyununun direktoru (UEFA Venue Director) E.Məmmədov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə