Oktyabrın 22-də Mayamidə (ABŞ) gənclər arasında cüdo üzrə dünya çempionatı başlayacaq. Mundialda Azərbaycanı Yeniyetmələrin II Olimpiya Oyunlarının finalçısı Natiq Qurbanlı, Sadıx Məhərrəmov (hər ikisi 55 kq), Davud Məmmədov, Mehman Sadıxov (hər ikisi 60 kq), Rəşad Rufullayev, Telman Vəliyev (hər ikisi 66 kq), Hüseyn Rəhimli, Fəaqn Quluzadə (hər ikisi 73 kq) və Firudin Dadaşov (90 kq) təmsil edəcəklər.
Qızların yarışında isə Yeniyetmələrin II Olimpiya Oyunlarının gümüş mükafatçısı Leyla Əliyeva (44 kq) mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB