Bundan sonra da beynəlxalq turnirlərdə iştirak etməklə təcrübəmi artırıb "Bakı-2015"də bugünkü uğurumu təkrarlamaq niyyətindəyəm.
Bu sözləri oktyabrın 18-də "Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışının qalibi, İsveçrə idmançısı Martin Fanger deyib.
Velosipedçi bildirib ki, sərt döngələr və enmə ilə yanaşı, küləyin də müəyyən problemlər yaratmasına baxmayaraq, çətinliyin öhdəsindən gələ bildim. Bakı turnirində uğur qazandığım üçün çox sevinirəm. Yüksək təşkilatçılıq və maraqlı marşrut bu yarışın əsas xüsusiyyətləri kimi yaddaşımda qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB