Yana Belomoina: "Bakıda təşkil olunan yarış yüksək səviyyədə təşkil olunub"

Yana Belomoina: "Bakıda təşkil olunan yarış yüksək səviyyədə təşkil olunub"

"Çox sevinərəm ki, Bakıda təşkil olunan sınaq yarışının qalibi oldum. Havanın küləkli olmasına baxmayaraq bütün gücümü toplayıb marşrutu uğurla başa vurdum". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışının qalibi, Ukrayna idmançısı Yana Belomoina deyib.
Velosipedçi qeyd edib ki, yarış yüksək səviyyədə təşkil olunub: "Marşrut əsasən kəskin döngələrdən və sürətli enişdən ibarət idi. "Bakı-2015" I Avropa Oyunlarında marşrutun bir az daha uzadılmasını və sürətli enişlərin azaldılmasını təklif edərdim. Turniri təcrübə baxımından yüksək qiymətləndirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə