Nurlan Novruzov: "Bakı” azarkeşlərinə qol söz verirəm"

Nurlan Novruzov: "Bakı” azarkeşlərinə qol söz verirəm"

Azərbaycan Premyer Liqasının VIII turunda sabah "Bakı" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. SİA-nın məlumatına görə, cənunblularla qarşılaşmaya hazırlıqları yekunlaşdıran İbrahim Uzuncanın yetirmələri bu gün Lənkərana yola düşüb.

Qarşılaşma ilə bağlı bəzi futbolçular açıqlama verib. Onlar oyundan nikbin danışıblar. Nurlan Novruzov isə "Bakı" azarkeşlərinə qol sözü verib.

Vüqar Bəybalayev: "Xəzər Lənkəran" güclü oyunçulardan təşkil olunmuş komandadır. Bizim də gənclər və təcrübəlilərin vəhdətindən yaradılmış əzmkar kollektivimiz var. "Xəzər Lənkəran"la oyunun asan olmayacağını dərk edirik. Biz oraya yalnız və yalnız xal almaq üçün gedəcəyik. İnşAllah, qələbə qazanan tərəf biz olarıq".

Tural Qürbətov: "Bildiyiniz kimi, iki həftədir ki, oyuna hazırlaşırıq, təlim-məşq toplanışındayıq. Ciddi hazırlaşmışıq. İnanıram ki, zəhmətimizin nəticəsini görəcəyik. Futbolçularımız bu oyunu səbirsizliklə gözləyir. Rəqibə qalib gəlmək bizim üçün çox vacibdir. Qalib gəlməklə turnir cədvəlində bir neçə pillə irəliləyə bilərik. İnşAllah, bu tapşırığın öhdəsindən gələrik".

Nurlan Novruzov: "Rəqib Azərbaycanın böyük klublarından biridir. Bu oyuna ciddi hazırlaşmışıq. İnşAllah, istədiyimiz oyunu göstərib səfərdən qələbə ilə qayıdarıq. Əlavə edim ki, bütün "Bakı" azarkeşlərinə qol söz verirəm. Onu da qeyd edim ki, mən və komanda üçün vacib olan 3 xaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə