Dorinel Munteanu: "Hadisələr bizim üçün siqnal rolunu oynadı"

Dorinel Munteanu: "Hadisələr bizim üçün siqnal rolunu oynadı"

Topaz Premyer Liqasının VIII turunda "Qəbələ" səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzub. SİA-nın məlumatına görə, oyundan sonra açıqlama verən "Qəbələ"nin baş məşqçisi Dorinel Munteanu bunları deyib: "Komandam çox yaxşı oynadı. Təəssüf ki, bu gün bəzi insanlar bizə mane oldu. Bunu mütəxəssislər gördü. Sözsüz ki, bütün bunlar bəhanə ola bilməz. İstənilən halda, hadisələr bizim üçün siqnal rolunu oynadı. Növbəti dəfə bunları nəzərə almalıyıq. Etiraf edim ki, müdafiədə xırda səhvlər oldu. Amma ümumi götürsək, yaxşı oynadıq. "Qarabağ"la oyunu komanda ilə birgə təhlil edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə